Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Nazirlər Kabinetinə məktub ünvanlayıb

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Nazirlər Kabinetinə məktub ünvanlayıb

Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya Nazirlər Kabinetinə Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələrinin formalarının hazırlanması ilə bağlı məktub ünvanlayb. Məktubda bəyannamə formasının hazırlanması prosesinin sürətləndirilməsi xahiş olunur. SİA-nın xəbərinə görə, bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dövlət məmurlarının gəlir bəyannamələrinin formaları Nazirlər Kabineti tərəfindən hazırlanmalıdır: "Azərbaycanda dövlət məmurlarının gəlir bəyannamələrinin hazırlanması ilə bağlı irəliləyişin olmaması Nazirlər Kabineti tərəfindən həmin bəyannamə formalarının təsdiq edilməməsi ilə əlaqədardır. Komissiya bununla bağlı Nazirlər Kabinetinə məktub göndərib ki, proses sürətləndirilsin"

Bütün xəbərlər Facebook səhifəmizdə