Korrupsiya ilə bağlı məlumat verən şəxslər qanunla müdafiə olunacaq

Korrupsiya ilə bağlı məlumat verən şəxslər qanunla müdafiə olunacaq

"Azərbaycanda korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi hazırlanır". SİA-nın xəbərinə görə, bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində keçirilən mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, layihə bu ilin avqust-sentyabr aylarında ictimai müzakirəyə çıxarılacaq: "Hazırda ölkədə korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin qorunması barədə qanunvericilik bazası yoxdur. Belə bir bazanın yaradılması nəzərdə tutulub. Komissiya artıq belə bir layihə üzərində işləyir. Həmin layihə Komissiyanın işçi qrupunda müzakirəyə çıxarılacaq. Böyük ehtimalla avqust-sentyabr aylarında qanun layihəsinin ictimai müzakirəsi keçiriləcək. Hesab edirik ki, dövlət və özəl qurumda işləyən və ya hər hansı şəxs vicdanlı olaraq korrupsiya ilə bağlı məlumat verirsə, o ədalətsiz təzyiqlərdən müdafiə olunmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə