Ukraynada Azərbaycan aliminin tələbələr üçün metodiki vəsaitləri nəşr edilib
Ukraynada tələbələr üçün "Diplomatik protokol və etiket" və "Beynəlxalq təşkilatların hüququ" metodiki vəsaitləri nəşr olunub. Bu vəsaitlərin müəllifi həmvətənimiz, hüquq elmləri doktoru, Kiyev Milli Aviasiya Universitetinin professoru, Ukraynanın Əməkdar Təhsil İşçisi Arif Quliyevdir.
Vəsaitlərin rəyçiləri Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Moldovanın Kiyevdəki diplomatik nümayəndəliyinin rəhbəri İon Stevile, Ukrayna Xarici İşlər Nazirliyi yanında Ukrayna Diplomatik Akademiyasının elmi iş və beynəlxalq münasibətlər üzrə prorektoru professor Nataliya Tatarenko, Milli Aviasiya Universitetinin Hüquq İnstitutunun direktoru professor İrina Sopilko və başqalarıdır.
Tələbələr üçün bu praktikumlar Ukrayna dilində nəşr olunub və Ukraynanın Elm və Təhsil Nazirliyi tərəfindən profil ixtisaslar üçün tədris vəsaiti kimi tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB