Sumqayıtın daha bir ərazisi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib

Sumqayıtın daha bir ərazisi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib

Sumqayıtın 17-ci və 18-ci mikrorayonlarının arasından keçən Məhəmməd Əsədov küçəsi və burada yerləşən, şəhərin ikinci girişi sayılan "Daş bazarı" deyilən ərazi əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilib.

Küçədə müasir işıqlandırma sistemi quraşdırılıb, səkilər yenilənib, ətraf ərazi abadlaşdırılıb. Yolun açılışından əvvəl Sumqayıt gəncləri burada öz rolik sürmək bacarıqlarını nümayiş etdiriblər. Gənclərin müxtəlif şou xarakterli hərəkətləri mərasim iştirakçılarının alqışları ilə qarşılanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə