Qazaxda “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində tədbir keçirilib
"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi "Mən fəxr edirəm ki, azərbaycanlıyam" layihəsinin icrasını davam etdirir. Layihə çərçivəsində ilk tədbir bu gün Qazax rayon Gənclər Mərkəzində keçirilib.
Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova Azərbaycanda son illər gənclərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşıdırılması istiqamətində görülən işlərdən danışıb. Natiq qeyd edib ki, Qazax rayon İcra Hakimiyyəti vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edir. "Milli-mənəvi dəyərləri, vətənpərvərlik ideyalarını təbliğ edən layihələri bundan sonra da dəstəkləməyə hazırıq", - deyə G.Həsənova bildirib.
Layihənin eksperti, tanınmış jurnalist Seymur Verdizadə TUMİB-in gənclər arasında vətənpərvərlik ideyalarının təbliği istiqamətində gördüyü işlərədn danışıb. S.Verdizadə bildirib ki, "Mən fəxr edirəm ki, azərbaycanlıyam" layihəsinin icrasına ötən ildən başlanılıb. "Layihənin aktuallığını nəzərə alıb, cari ildə də onun icrasını davam etdirməyə qərar verdik. Yaxın bir ayda Ağstafa, Masallı, Lənkəran, Şəki və Quba şəhərlərində gənclərin iştirakı ilə tədbirlər keçirəcəyik. Gənclərin yaradıcılıq imkanlarını üzə çıxarmaq üçün layihə çərçivəsində şeir, mahnı və yazı müsabiqələrinin keçirilməsi nəzərdə tutulub".
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı Azərbaycan xalqının keçdiyi yola nəzər salıb. Tarixçi-alim deyib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyəti gəlişi ilə Azərbaycan xalqının həyatında yeni mərhələ başlayıb: "Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır. Heydər Əliyev ideyalarını təbliğ etmək üçün bu cür layihələrin reallaşdırılmasına böyük ehtiyac var. Yeniyetmə və gənclərimiz tariximizi dərindən öyrənsələr, azərbaycanlı olduqları ilə həqiqətən də fəxr edəcəklər".
Tədbirdə həmçinin Qazax rayon Xanlıqlar kənd bələdiyyəsinin sədri Asya Alhüseynova, gənc şair Taleh Mənsur, TUMİB Gənclər
Mərkəzinin sədri Elnur Camalov və başqaları çıxış edərək, mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB