Daha bir yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılır sürücülərin nəzərinə
Bakı-Şamaxı-Yevlax (M4) avtomobil yolunun "Muğanlı-Yevlax hissəsinin bərpası" layihəsinin Göyçay şəhərindən keçən hissəsində aparılan bərpa tikinti işləriylə əlaqədar magistral avtomobil yolunun km 209-214 (layihə üzrə km 80-85) arası avtomobil hərəkəti üçün tam olaraq bu gündən etibarən 20 gün müddətində məhdudulaşdırılacaq. SİA-nın xəbərinə görə, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə "Azərinşaatservis" MMC-dən məlumat verilib.
Minik avtomoblillərinin Göyçay şəhəri küçə yollarından, ağır yük maşınlarının isə Bərgüşad-Ucar yolundan istifadə etmələri xahiş olunur. Yol tikinti işlərini həyata keçirən "Azərinşaatservis" MMC şirkətinin rəhbərliyi sürücü və sərnişinlərdən əlavə narahatçılığa görə əvvəlcədən üzr istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB