Erməni Vanda halay çəkir: OYAN TÜRKİYƏ!!!

Erməni Vanda halay çəkir: OYAN TÜRKİYƏ!!!

Türkiyə cəmiyyəti bir az "karsala"dır deyəndə bəzi dostlarımız ağızlarını büzürlər. Qardaş xalqın nümayəndələri bu hərəkətləri ilə bir tərəfdən guya ermənilərin ortaya atdıqları qondarma "soyqırımı"nın olmadığını sübut etməyə çalışırlar, istəyirlər ki, Anadolunun şərq hissələrində yaşayan ermənilərin bura sonradan yerləşdiklərini isbatlasınlar, o biri tərəfdən I Dünya müharibəsi zamanında ermənilərin Osmanlı hakimiyyətinə qarşı rus və ingilislərin təhriki ilə üsyan qaldırdıqlarını və nəticədə xeyli sayda həm erməni, həm də türkün öldürüldüyünü sübuta yetirsinlər.

Amma tərsinə edirlər, elə davranırlar ki, sanki ermənilərin qarşısında gözləri kölgəlidir, Türkiyənin hər bir partiyası, dərnək rəhbəri ermənilərə yaltaqlanırlar ki, onlardan bir "molodes" (türcə: aşk olsun) qoparsınlar. Bunun bariz nümunəsi kimi, indiyədək ermənilərin Vana, Axdamar adasına qorxa-qorxa iddia etdikləri halda, bu gün Vanda və Axdamar adasındakı kilsədə hədyan dolu hərəkətlər edir və türklərə "bəli siz həqiqətən yanımızda gözükölgəlisiniz" deyirlər.

Buyurun videonu izləyin, bura Axdamar adası və eyniadlı kilsənin qarşısı, yallı mərasimində iştirak edənlər, Ermənistanın bayrağını başı üzərinə nümayişkaranə qaldıran isə erməni haxçiləri, axperlər, Siranuş, Haykanuşlardır. Bəs sabah ermənilər nəyi tələb edəcəklər, bu gün başları üzərinə qaldırdıqları Ermənistan bayrağı Vanın, Qarsın inzibati binalarında dalğalananda millətə nə cavab verəcəksiniz?

Azərbaycanın Xankəndi, Ağdərə, Hadrut, Xocavənd, Şuşa şəhərlərində də belə olmuşdu: əvvəlcə başlar üzərinə qaldırılan bayraqlar laqeydliyimizdən gedib binaların başına çıxmışdı. İndi isə... məsələ məlumdur.

Bütün xəbərlər Facebook səhifəmizdə