“Gəncliyə çağırış” layihəsinə start verildi FOTO

“Gəncliyə çağırış” layihəsinə start verildi FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Gəncliyə çağırış" layihəsinə start verilib. SİA-nın məlumatına görə, bu münasibətlə təşkil olunan tədbirdə layihə rəhbəri Ceyhun Əyyubov bildirib ki, Azərbaycan gəncliyinin milli dəyərlərinə bağlılığında, əxlaqi dəyərlərə yanaşmasında bəzi problemlərin olduğu danılmazdır: "Bu mövzuda yalnız ailələrin səyi yetərli deyil. "Gəncliyə çağırış" layihəsinin əsas məqsədi də gənclərə milli dəyərlərimizi xatırlatmaq, aşılamaq, əxlaqi dəyərlərin gənclik, cəmiyyət üçün böyük önəmini çatdırmaq, gəncliyin üzərinə düşən ictimai məsuliyyəti onlara xatırlatmaqdır".

Layihə rəhbəri diqqətə çatdırıb ki, "Gəncliyə çağırış" layihəsi cəmiyyətdə nüfuz qazanan şəxslərlə gəncləri görüşdürür: "Gənclərin iştirakı ilə hər dəfə fərqli mövzular olmaqla debatlar keçiriləcək. "Gəncliyə çağırış" adlı verilişdə də gənclərin problemi, onları maraqlandıran mövzular müzakirəyə çıxarılacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə