Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən Şəki şəhəri, M.F.Axundov prospektində yerləşən, fiziki şəxs Yıldırım Məhəbbət Abduşəkor qızına məxsus "Mərsin" kafesində dövlət nəzarəti tədbirləri həyata keçirilib.
Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yoxlamalar zamanı kafenin mətbəxində antisanitar şəraitin hökm sürdüyü, soyuducuda ərzaq məhsullarının saxlanılması zamanı mal qonşuluğuna əməl edilmədiyi aşkar edilib. Həmçinin, kafedə hazırlanan toyuq və ət dönərinin, istehsalda istifadə olunan xammalların və qablaşdırma materiallarının təhlükəsizlik və keyfiyyət göstəricilərini müəyyən edən gigiyenik və uyğunluq sertifikatlarının olmadığı müəyyən edilib. Bundan başqa müəssisədə yeməklərin hazırlanması zamanı heç bir texnoloji təlimat və reseptura olmadan hazırlandığı, aşpazın peşə təhsilini təsdiq edən sənədin olmadığı, müəssisədə istifadə olunan 3 ədəd ölçmə vasitələrinin müqayisəli dövlət yoxlanışından keçirilmədiyi müəyyən edilib.
Aşkar edilmiş bu və digər nöqsanlarla bağlı müəssisədə dönərin istehsalı və satışı qadağan edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib, müəssisə rəhbərinə inzibati protokol tərtib edilib.
Araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB