Evakuasiya avtomobilləri ilə yayılan xəbərlər əsassızdır RƏSMİ AÇIQLAMA
Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi paytaxt ərazisində evakuasiya avtomobillərinin fəaliyyətinə son qoyulması barədə yayılan məlumatlara münasibət bildirib. İdarədən SİA-ya verilən xəbərə görə, qadağan olunan yerlərdə avtonəqliyyat vasitələrinin bundan sonra evakuasiya avtomobilləri ilə aparılmayacağı və ümumiyyətlə, yol polisinin balansında olan evakuasiya avtomobillərinin fəaliyyətinin dayandırılması barədə bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır.
Məlumatda qeyd olunub ki, qadağan olunan yerlərdə avtomobil saxlayan şəxslər yol polisi tərəfindən cərimələnir və həmin avtomobillər evakuatorlar vasitəsilə cərimə meydançasına aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB