Zaqatalada 15 tondan çox çətənə kolu aşkarlanıb

Zaqatalada 15 tondan çox çətənə kolu aşkarlanıb

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən sərhədboyu zonalarda həyata keçirilən tədbirlər nəticəsində Zaqatalada 15 tondan çox çətənə kolu aşkar edilib. Bu barədə SİA-ya DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Belə ki, 25 iyun 2014-cü il tarixdə Zaqatala rayonunun Muğanlı kəndinin " Qaraçay" çayı yaxınlığında ümumi çəkisi 5 ton 950 kiloqram olan 3966 ədəd, 11 iyul 2014-cü il tarixdə Zaqatala rayonunun Ağdamkələl kəndi istiqamətində Dindi dağı yaxınlığında ümumi çəkisi 10 ton 680 kiloqram olan 8900 ədəd narkotik xassəli çətənə kolları aşkar olunub.

Zaqatala rayonunun icra hakimiyyətinin ərazi üzrə nümayəndəliyinin, Daxili İşlər Nazirliyinin Zaqatala Rayon Polis Şöbəsinin, DSX əməkdaşlarının iştirakı ilə narkotik xassəli çətənə kolları yandırma üsulu ilə məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə