Gəncədə Gəncəçayın sağ sahilində yeni bulvarın salınması işlərinə başlanılıb. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.
Onun sözlərinə görə, Gəncəçayın sağ sahili boyunca 2,5 km hissədə bəndvurma işlərinə başlanıb: "Gəncə çayının Mirzə Abbas Abbaszadə küçəsindən Nizami Gəncəvi küçəsinə kimi olan hissəsinin sağ və sol hissələrində bulvar salınır. Sol sahildə artıq 0,5 kilometr hissə istifadəyə verilib. Hazırda sağ sahildə bəndvurma işlərinə başlanılıb. Bu hissədə işlər yekunlaşandan sonra sol sahildə olan bulvar Nizami Gəncəvi küçəsinə kimi uzadılacaq". E.Vəliyev deyib ki, nəzərdə tutulan hissədə işlər yekunlaşandan sonra çayın digər hissəsində də bulvar salınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB