6 ayda 4418 inzibati qanun pozuntusu aşkar edilib

6 ayda 4418 inzibati qanun pozuntusu aşkar edilib

2014-cü ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən 4418 inzibati qanun pozuntusu aşkar edilib. SİA-nın məlumatına görə, bu barədə DGK-nın hesabatında deyilir.

Onlardan 112-si qanunsuz keçirməyə cəhd, 111-i əşya, mal və ya pul vəsaitlərinin gizli keçirilməsi, 3655 isə sənədlərin təqdim edilməməsi ilə bağlıdır. Həmçinin hesabat dövrü ərzində cinayət xarakterli gömrük qanunvericiliyinin pozulması üzrə 167 fakt qeydə alınıb.

Məlumata görə, 112 fakt qaçaqmalçılıqla, 76-sı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı olub. Hesabat dövründə 56,41 kiloqram narkotik vasitə, 57,72 qram psixotrop maddə ələ keçirilib. Həmçinin 1 ədəd aksiz markaları olmadan malların idxalı faktı qeydə alınıb. Bu faktlar üzrə yanvar-iyun aylarında şübhəli şəxs qismində 199 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə