Yadigar Məmmədli: “Bu addım heç də normal qəbul olunmalı deyil” MÜNASİBƏT
"Sözügedən məsələnin bir tərəfi də odur ki, bu kimi informasiyalar cəmiyyətə açıq olmalıdır. Yəni cəmiyyətin xəbəri olmalıdır ki, ortada şəffaflıq var". Bu fikirləri SİA-ya açıqlamasında Demokratik Jurnalistlər Liqasının (DJL) sədri Yadigar Məmmədli ABŞ Beynəlxalq İnkişaf Agentliyi - USAID tərəfindən Azərbaycanda müstəqil medianın inkişafı üçün qrantın gizlin elan edilməsinə münasibət bildirərkən deyib.
DJL sədri onu da bildirib ki, əgər qrant gizlin elan olunursa bu amil orada iştirak edən media qurumlarının və jurnalist təşkilatların özləri üçün də müəyyən çətinliklər, problemlər yaradır: "Əgər burada beş təşkilata layihə ayrılırsa və həmin təşkilatlar müsabiqələrdə qalib gəlirlərsə, həmin təşkilatlar sorğu verəndə ki, hansı şərtlərlə, hansı kriteriyalarla müsabiqə qalibi elan olunub, bu zaman onlar fəaliyyətlərini cəmiyyətə açıq şəkildə təqdim etməlidirlər: "Əgər bunu etmirlərsə, demək həmin addım heç də normal qəbul edilməli deyil. Eyni zamanda bu kimi hallar həm Azərbaycanın qanunvericiliyinə, həm də Avropa Konvensiyalarına uyğun deyil. Çünki bilirsiniz ki, Azərbaycanda mövcud layihələr, qrantların verilməsi, bunların həyata keçirilməsi qaydaları və formaları şəffaf olur".
Qeyri-şəffaflığın məhz Qərb qurumları tərəfindən sərgiləndiyini deyən Yadigar Məmmədli həmçinin bildirib ki, necə olursa-olsun, qrant layihəsi udan tərəf cəmiyyətə şəffaf şəkildə məlumat verməyə borcludur: "Əslində bu qeyri şəffaflıq məhz Qərb qurumları tərəfindən sərgilənir. Məsələn, götürək Azərbaycanda fəaliyyət göstərən bir donor təşkilatını. Bu donor təşkilatı cəmiyyətə açıqlama verir ki, hansı qurum hansı layihəyə görə qarant qalibi olub və s. Digər tərəfdən, qalib təşkilat mediaya məlumat verməlidir ki, layihələrini hansı məqsədlərlə və harada keçirəcək. Bu, bizim qanunvericiliyimizin tələbidir. Həmçinin, bütün bu kimi tələblər yerinə yetirilməyəndə belə təşkilatlar məhz Azərbaycan qanunvericiliyinə görə cəzalandırılırlar. Ancaq xaricdə fəaliyyət göstərən təşkilatlar təəssüf ki, bir çox məsələlərdə cəmiyyətə qarşı qapalı olurlar. Onlarla işləyən bəzi media qurumları da öz fəaliyyətlərini tələb olunan standartlar səviyyəsində qurmurlar".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB