Azərbaycanlılar İstanbulda iftar süfrəsinə toplaşdılar FOTOLAR

İstanbul Türkiyə Azərbaycan Dərnəyi (IST-TAD) İstanbulda iftar süfrəsi təşkil edib.Diasporla İş Üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, iftar yeməyindən əvvəl çıxış edən təşkilatın rəhbəri Səfər Qaraqoyunlu "Bir millət, iki dövlət" prinsipinə əsaslanan dərnəyin iftar proqramına qatılanları salamlayıb. Səfər Qaraqoyunlu təşkilat tərəfindən ilk dəfə İstanbulun Avropa hissəsində düzənlənən proqramın davamlı olacağını ümid etdiyini deyib. Dərnək rəhbəri həmçinin, müsəlmanların müqəddəs ramazan ayında bütün müharibələrin, axan qanların, məzlumların əzilməsinin durmasını diləyib: "Bir gün iftar süfrələrinin Qarabağda, Xocalıda, Şuşada, Xankəndində açılacağına, Azərbaycan türklərinin vətən həsrətinə son qoyulacağına inanıram".

Daha sonra söz alan ehtiyatda olan albay Hanifi Yıldırım bütün türk xalqlarını birliyə səsləyən çıxış edərək, "bu gündən etibarən mən də bu təşkilatın üzvü olaraq millətimə xidmət göstəmək istəyirəm" – deyib.

Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətindən və bu münasibətin hər zaman davam edəcəyini söyləyərək, iftar süfrəsinin təşkilatçılarına təşəkkür edib.

Iğdırlılar Dərnəyinin sədri Sinan Bayat da öz çıxışında birlik və həmrəylik çağırışları edərək bütün problemlərin həllinə birgə fəaliyyətlə nail olunacağını bildirib.

İftar proqramının sonunda ehtiyatda olan albay Hanifi Yıldırıma İstanbul Türkiyə Azərbaycan Dərnəyinin fəxri üzvlük nişanı təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...