6 ton çətənə kolu məhv edildi

Gədəbəydə 6 tondan çox çətənə kolu aşkar edilərək məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Gədəbəy Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şəhər ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 6 ton 200 kiloqram olan 1100 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə