Nərimanov rayonunda bayram konserti təşkil edilib

Ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə
Nərimanov rayonunda bayram konserti təşkil edilib

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə Bakı metrosunun "Nəriman Nərimanov" stansiyasının yaxınlığındakı parkda bayram konserti təşkil edilmişdir. Tanınmış incəsənət ustalarının rəngarəng ifasında gerçəkləşən konsert proqramı və atəşfəşanlıq minlərlə paytaxt sakini və şəhərimizin qonaqları tərəfindən böyük maraqla izlənmiş, yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılanmışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə