Gəncədə "ASAN xidmət" mərkəzi yaradılmasının 2 illiyi münasibətilə bu şəhərdə və Samux rayonunda yaşayan əlil gənclər üçün "Sevimli şəhər" adlı yay ekskursiyası təşkil edilmişdir. Əlil gənclərin yay mövsümündə asudə vaxtlarının səmərəli təşkili məqsədilə "ASAN xidmət" mərkəzinin, Gənclər üçün Təhsil Mərkəzi Gəncə ofisinin, "Gənc Dost" Gənclər İctimai Birliyinin, "Pendik Ana okulu" Gəncə Uşaq İnkişaf Mərkəzinin və Əlil Qadınlar Cəmiyyəti Gəncə bölməsinin birgə təşkil etdikləri tədbirin iştirakçıları əvvəlcə "ASAN xidmət" mərkəzində olmuşlar.
İştirakçılar burada vətəndaşlara göstərilən xidmət növləri ilə yaxından tanış olmuş, xatirə şəkilləri çəkdirmişlər.
Sonra əlil gənclər Gəncədəki Heydər Əliyev parkına, "Xan bağı"na, eləcə də dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə ekskursiyalar etmişlər.
Əlil gənclərin tədbirdə iştirakı üçün onların yaşadıqları yerdən gətirilməsi və aparılması üçün xüsusi avtobuslar ayrılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB