NGBM Beynəlxalq Simpoziumda təmsil olunur

NGBM Beynəlxalq Simpoziumda təmsil olunur

Bu gün Yunanıstanın paytaxtı Afinada bu ölkənin sabiq Baş naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Georgi Papandreonun rəhbərliyi ilə 15-ci illik Symi Simpoziumu öz işinə başlayıb.

Diasporla İş Üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, simpoziumda Rokfeller Qardaşları Fondu, Stanford, Harvard, Temple Universitetləri, Dünya Bankının vitse-prezidenti, German Marşal Fondunun vitse-prezidenti o cümlədən Nobel mükafatçısı Məhəmməd Əl-Baradeyi ilə yanaşı, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi də təmsil olunur.

Symi Simpoziumunda indiyə kimi ABŞ-ın sabiq prezidenti Bill Klinton, Avropa İttifaqı xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Baronessa Eşton, Estoniya, Bolqarıstan prezidentləri mütəmadi iştirak edirlər.

Qeyd edək ki, simpozium çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Georgi Papandreous Fondu arasında əməkdaşlıq perspektivinin ilk müzakirələri də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə