Təcridxanaya qadağan olunmuş vasitə keçirmək istədi

Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-baxış tədbirləri nəticəsində Şəki penitensiar müəssisəsinin istintaq təcridxanasına qadağan olunmuş vasitə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.2.1 maddəsinə əsasən həbsdə saxlanılan şəxs Elsevər Elçin oğlu Quliyevin yanına qısamüddətli görüşə gəlmiş bibisi Nigar İman qızı Nuriyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Bu zaman onun əl çantasının içərisində gizlədilmiş 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...