Sosial şəbəkələrin gənclərə mənfi təsirləri müzakirə olunub TƏDBİR
Hüquqi və Demokratik İslahatlar Mərkəzi "Unudlmaqda olan milli mənəvi dəyərlərin qorunması və təbliği" layihəsini davam etdirir. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində növbəti dəyirmi masa iyulun 12-də Şirvan şəhərində yerləşən Mərkəzi Kitabxanda keçirilib. "Sosial şəbəkələrin gənclərə zərərli təsirinin azaldılması yolları" adlı dəyirmi masada ziyalılar, media nümayəndələri, ictimai fəallar iştirak ediblər.
Tədbirdə cıxş edən HDİM sədri, layihənin rəhbəri İlham Əliyev bildirib ki, son illər gənclər arasında sosial şəbəkələrin populyarlaşması onların aktivliyini artırmaqla yanaşı, mənfi meylərə də yol açır: "Gənclər aktiv sosial həyat keçirirlər, əvvəlki illərə nisbətən informasiyalıdırlar. Bununla belə sosial şəbəkələrin zərərli təsirləri də var. Bir sıra dini sektalar, mənfi siyasi meylli qruplar gəncləri təsirə sala bilir. Son illər cəmiyyətdə ateizm, anarxizm kimi zərərli meyllərin yayılmasında sosial şəbəkələrin rolu da az deyil. Biz gənclər bu cür təsirlərdən uzaq tutmalıyıq. Azərbaycan xalqı öz soy-kökünə, milli, dini dəyərlərinə bağlı xalqdır. Azərbaycan dövləti insanların inancına, dini dünyagörüşünə hörmət edir, cəmiyyətimizdə dini dözümlülük var. Ancaq bəzi qüvvələr azadlğı anarxiya kimi başa düşür, dini dözümsüzlük nümayiş etdirməyə çalışırlar".
QHT sədri deyib ki, ziyalılar, valideynlər, nüfuzlu din xadimləri gəncləri maarifləndilməsində iştirak etməli, onların sosial şəbəkələrdən düzgün istifadəsinə çalışmalıdırlar.
Şirvan şəhər İcra Hakimiyyəti ictimai-siyasi şöbəsinin məsləhətçisi Adıgözəl Gözəlov layinənin əhəmiyyətindən bəhs edib. Bildirib ki, gəncləri internetin mənfi təsirlərindən qorumaq tək valideynlərin deyil, hamının başlıca vəzifəsi olmalıdır. Çünki uşaqların tərbiyəsi tək bir ailənin yox, bütün cəmiyyətin məsuliyyətidir.
Yerli QHT nümayəndəsi Pəri Mustafayeva son illər Azərbaycanda QHT sektorunun inkişaf etdiyini, cəmiyyət əhəmiyyətli layihələr həyata keçirdiyini bildirib. Onun fikrincə, gənclərlə iş hər zaman aktual olub və bu günki internet çağında daha da vacib işə çevrilib. P.Mustafayeva deyib ki, gənclərin sosial şəbəkələrin mənfi təsirlərindən qorunmasında ictimai təşkilatlar media ilə, ziyalılarla birgə hərəkət etməli, təbliğat işlərini gücləndirməlidirlər.
Şirvan şəhər Tarx-Diyarşünaslıq Muzeyinin direkotru Gülşən Əliyeva problemin aktual olduğunu deyib. Onun sözlərinə görə, milli dəyərlərin qorunması istiqamətində müəyyən addımlar atılsa da, görülcək işlər çoxdur: "Bu istiqamətdə təbliğat kütləvi hal almalıdır. Milli mənəvi dəyərlər, yerli adət-ənənələr təbliğ olunmalıdır. Bu yaxınlarda türk liseyləri bağlandı. Bunu müsbət addım hesab edirəm. Gənclərin milli-mənəvi tərbiyəsinin düzgün qurulmasında təhsil də önəmlidir. Məktəblilər milli ruhda tərbiyə olunmalıdır". Gülşən Əliyeva bildirib ki, internetin gənclərin yeni biliklər əldə etməsində rolu var, ancaq onlar internetdən düzgün istifadə etməlidirlər: "Gənclərin az bir qismi internetdən kitab oxuyur. İnternet tez, operativ informasiya əldə etmək üçüm əhəmiyyətlidir. Biz məktəblilərə, gənclərə kitab oxumağı aşılamalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB