Vəzirov nədən yazmağı unudub?

Ermənipərəst birinci katibin yeni nəşr olunmuş kitabı haqqında bir neçə xatırlatma

Bu günlərdə Azərbaycana rəhbərlik etmiş (Azərbaycan KP MK-nın birinci katibi - 1988-1990) 84 yaşlı Əbdürrəhman Vəzirov öz siyasi və diplomatik fəaliyyəti ilə bağlı "Mənim diplomatik xidmətim" adlı xatirələr kitabı nəşr olunub. Mətbuatda gedən məlumatlara görə, orada bir çox məsələlərdən bəhs edib, əsasən də özünü saf, zəhmətkeş, bacarıqlı bir insan kimi təsvir edib. Məsələyə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadənin reaksiyası çox kəskin olub və Vəzirova bəzi xatırlamalar etməyi lazım bilib. A.Mirzəzadənin həmin yazısını təqdim edirik:

Belə başa düşdüm ki, Vəzirov nədən yazsa da

- Nə Ümumittifaq Komsomolunun Mərkəzi Komitəsinin katibi işləyərkən, nə də SSRİ Xarici İşlər Nazirliyi sistemində işləyərkən Azərbaycan üçün yaddaqalan bir iş görməməyindən,

- Moskvada komsomol fəaliyyətini başa vurduqdan sonra SSRİ rəhbərliyinin onu mərkəzdə saxlamaq istəməməyindən,

- onun barəsində ancaq Heydər Əliyevin düşünərək Azərbaycanda onu yüksək vəzifəyə təyin etməyindən,

- Kirovabad şəhərinin (indiki Gəncə) rəhbəri işlədiyi dövrdə orada işləri yarıtmaz vəziyyətə salmağından, əsas işini unudaraq rəqs meydançalarında vaxtını keçirməyindən, nüfuzdan düşərək Heydər Əliyevdən onu başqa işə dəyişməyi xahiş etməyindən,

- Mərkəzi Komitənin şöbə müdiri işədiyi dövrdə işinin öhdəsindən gələ bilməməsindən, rəhbərlik etdiyi sahənin nümayəndələrinin onun fəaliyyətindən narazı qalmalarından,

- Azərbaycanda özünə yer tapa bilmədiyinə görə Heydər Əliyevin xahişi ilə SSRİ Xarici İşlər Nazirliyinə işə götürülməyindən və Nepala məhz Heydər ƏLiyevin xahişi ilə səfir göndərilməyindən,

- Heydər Əliyev Moskvada işləyərəkən vaxtaşırı onun yanına gedərək özündən cəmi 7 yaş böyük olan Heydər Əliyevə dönə-dönə "Siz mənim ağsaqqalımsınız" deməyindən,

- Azərbaycana birinci katib gələndən sonra sonra Heydər Əliyevin yaxşlıqlarını unudaraq onun əleyhinə böyük kampaniya aparmağından,

- Heydər Əliyevlə işləmiş, onu xalqımızın dəyərli oğlu hesab edən şəxslərin siyahısının tutduraraq, onları vəzifələrdən uzaqlaşdırmağından,

- ona təhsil və şöhrət vermiş Azərbaycan xalqının dilini, tarixini və mədəniyyətini bilməməsindən, öyrənmək istəməməsindən və bu səbəbdən dəfələrlə gülünc vəziyyətə düşməyindən,

- Ermənistan və xaricdən gələn erməni hərbi dəstələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində möhkəmlənərkən, cəmiyyətin diqqətini bu məsələlərdən yayındırmaq üçün süni "kəndlərdə hamam tikdirmək", "hər yerdə qoz ağacı əkdirmək" şüarlarını ortaya atmağından,

- Ermənistandan 300 min azərbaycanlının öz dədə-baba torpaqlarından qovulmasının qarşısını almaq üçün heç bir görməməyindən,

- bərbad kadr siyasətindən,

- onun bacarıqsız rəhbərliyi nəticəsində həmin dövrdə Azərbaycanda vəziyyətin pisləşməyindən,

- Mixail Qorbaçıvun məkirli siyasətinin Azərbaycanda cani-dillə həyata keçirməyindən,

- məhz onun yarıtmaz siyasəti nəticəsində Dalıq Qarabağ probelminin ağırlaşmağından,

- 20 yanvar faciəsinin baş verməsində şəxsi məsuliyyətindən,

- 20 yanvar faciəsi baş verdikdən sonra respublikanı başlı-başına buraxaraq hərbi təyyarə ilə qaçmağından ... yazmayıb.

Əsl Əbdürrəhman Vəzirov isə bu yazmadıqlarındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...