Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinə start verilib. SİA-nın xəbərinə görə, hər il olduğu kimi, bu il də "Yay məktəbi" ölkəmizin gözəl guşələrində təşkil olunur. İyulun 13-dən 18-dək davam edəcək layihə çərçivəsində 100-ə yaxın fəal gənc Lerik rayonunda olacaq. 2-ci Lerik turu yeni günə start verib.
Xatırladaq ki, "Yay məktəbi"nin ilk turu iyulun 6-dan 11-dək davam edib. Layihə çərçivəsində ilk turda 100-ə yaxın fəal gənc olan qruplar Lerik və Oğuz rayonlarında olub, seminar-diskussiyalarda, təlimlərdə iştirak edərək bilik və bacarıqlarını artırıblar.
Layihə avqustun birinci ongünlüyünədək davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB