İsmayıllı rayonunda qeyri-ənənəvi sahə hesab edilən arıçılıq son illər sürətlə inkişaf edir. SİA-nın məlumatına görə, fərdi təsərrüfatlarda arıçılığa böyük maraq vardır. Bunun respublikamızda ekoloji cəhətdən təmiz, keyfiyyətli bal və bal məhsullarına tələbatın artması ilə əlaqədardır. Hazırda rayonda arı ailələrinin sayı 6 minə çatır. Hər il orta hesabla 60 tona yaxın bal istehsal olunur. Bakı şəhərində, eləcə də rayonda keçirilən yarmarkalara ildə azı 2-2,5 ton bal çıxarılır.
Artıq bölgədə kifayət qədər təcrübəli, peşəkar arıçılar vardır. Onlardan biri, İvanovka kənd sakini İvan Kazakovun təsərrüfatında 175 arı ailəsi bəslənilir. Arıçı hər il orta hesabla 2,5 ton bal götürür.
İsmayıllıdakı "Arıçılar" İctimai Birliyi bu sahə ilə məşğul olanlara, eləcə də gənc arıçılara hərtərəfli köməklik göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB