Penitensiar xidmətdə müşavirə keçirilib

Penitensiar xidmətdə müşavirə keçirilib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində tərbiyə işinin təşkili sahəsində 2014-cü ilin birinci yarısı ərzindəki fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan əməliyyat müşavirəsi keçirilib. Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, müşavirədə penitensiar müəssisələrdə tərbiyə işinin təşkilində islah vasitələri və onların tətbiqi üsulları, məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsində, cəzaçəkmə müəssisəsinin növünün yüngülləşdirilməsində obyektivliyin və şəffaflığın təmini, tərtib olunan mülahizələrlə bağlı tələblərə riayət olunması, vurulmuş maddi ziyanın ödənilməsinin təşkilindəki nöqsanlar və onların aradan qaldırılması yolları müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə