Avropa Tələbələr Birliyinin idarə heyətinin 67-ci iclası keçirilib FOTOLAR
Beynəlxalq Mətbuat Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ev sahibliyi etdiyi Avropa Tələbələr Birliyinin (ATB) idarə heyətinin 67-ci iclası ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdiyev, beynəlxalq əlaqələr departamentinin direktoru Toğrul Məmmədli, Avropa Tələbələr Birliyinin idarə heyyətinin üzvü Blazhe Dodoroske və Azərbaycan Tələbə Biliyinin sədri Elvin Aslanov iştirak edib.
Tədbirdə çıxış edən Şəmsi Gülverdiyev noyabrda baş tutacaq və ATGTİ-nin ev sahibliyi edəcəyi Avropa Tələbələr Birliyinin idarə heyyətinin iclasına hazırlıq işlərinin yüksək səviyyədə həyata keçirildiyini bildirib.
Daha sonra Toğrul Məmmədli çıxış edərək ATGTİ və Avropa Tələbələr Birliyi arasından 2012-ci ildən başlayan geniş əlaqələr haqqında danışıb və qısa müddət ərzində Avropa Tələbələr Birliyində ATGTİ-nin qazandığı nüfuzdan və noyabrda baş tutacaq bu cür böyük tədbirə ev sahibliyi etmək hüququqnu qazandığını bildirib.
Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov çıxış edərək Avropa Tələbələr Birliyinin 67 –ci idarə heyyətinin iclasının yüksək səviyyədə baş tutacağına inandığını bildirib.
Sonda Avropa Tələbələr Birliyinin idarə heyətinin üzvü Blazhe Dodoroske ATB-nin tarixi, onun 1957-ci ildən bəri gördüyü işlərdən danışıb və bildirib ki, bu təşkilat Avropada əlli milyona çatan ən böyük əhatəyə malikdir.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB