Prezident Monteneqronun prezidentini təbrik edib

Prezident Monteneqronun prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Filip Vuyanoviçə təbrik məktubu ünvanlayıb. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Monteneqro əlaqələrinin hazırkı dinamik inkişafı məmnunluq doğurur. Ümidvaram ki, dost ölkələrimiz arasında qarşılıqlı maraq doğuran əməkdaşlığın dərinləşdirilməsi yolunda səylərimiz bundan sonra da davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə