General leytenant Türkiyədən qayıtdı

Azərbaycan nümayəndə heyəti Ankarada səfərbərlik və çağırış idarələrinin fəaliyyəti ilə də tanış olub
General leytenant Türkiyədən qayıtdı

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general leytenant Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında səfərdə olub. SİA-nın Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi məlumata görə, Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin dəvəti ilə baş tutmuş səfər çərçivəsində səfərbərlik və hərbi xidmətə çağırış sahəsində ikitərəfli təcrübə mübadiləsi, bu sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan nümayəndə heyəti Ankarada səfərbərlik və çağırış idarələrinin fəaliyyəti ilə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə