Respublikada qəzalarda həlak olanların sayı 8 faiz azalıb

Respublikada qəzalarda həlak olanların sayı 8 faiz azalıb

"2014-cu ilin birinci yarısında respublikada dövlət qeydiyyatına alınan nəqliyyat vasitələrinin sayının 35.776 vahid artması fonunda hadisələrin sayı 11 faiz, qəzalarda həlak olanların sayı 8 faiz, xəsarət alanların sayı 15 faiz, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması səbəbindən baş vermiş hadisələr 2,3 dəfə azalıb" SİA-nın xəbərinə görə, bu barədə daxili işlər nazirinin müavini

Vilayət Eyvazov qurumun kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edərkən məlumat verib.

O bildirib ki, bütövlükdə, daxili işlər orqanları tərəfindən müxtəlif inzibati xətalara görə 619.148 protokol tərtib olunub, nəticədə 573.696 nəfər cərimələnib, 1786 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 22.187 şəxsə də xəbərdarlıq edilib,

Nazir müavini vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrasının ciddi nəzarətdə saxlanıldığını və 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənən cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 140 vətəndaşın qəbul edildiyini, qaldırılan məsələlərin əksəriyyətinin yerində həll olunduğunu, əlavə yoxlama tələb edən ərizələrin nəzarətə götürülərək araşdırıldığını, nəticələri barədə təşəbbüskarların yazılı məlumatlandırıldığını, hüquqlarının izah edildiyini vurğulayıb: "Ötən 6 ayda Nazirliyə daxil olan müraciətlərin sayı 3,8 faiz, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətlərin sayı 11,7 faiz, Azərbaycan Respublikası Prezidenti Administrasiyasından daxil olan şikayətlərin sayı 9 faiz azalıb".

Bütün xəbərlər Facebook səhifəmizdə