BŞ müşkül vəziyyətdədir

Ağ Ev Amerikanın xüsusi xidmət orqanları rezidentinin Almaniyadan çıxarılmasını şərh etməkdən boyun qaçırmışdır. ABŞ-ın Berlindəki səfirliyi də xüsusi xidmət orqanlarına aid məsələləri prinsipial olaraq şərh etmədiyini bəyan etməklə kifayətlənmişdir.

Eyni zamanda səfirlikdən bildirmişlər ki, ABŞ Almaniya ilə tərəfdaşlığı əvvəlki kimi yüksək dəyərləndirir, çünki "həm almanların, həm də amerikalıların təhlükəsizliyini təmin edir". Bəyanatda vurğulanır: "Almaniyanın dövlət tərəfdaşları ilə bütün sahələrdə sıx əməkdaşlığı davam etdirmək çox əhəmiyyətlidir".

Vüqar Seyidov

Bütün xəbərlər Facebook səhifəmizdə