XİN başçısı Norveçin ölkəmizdəki səfiri ilə görüşüb

XİN başçısı Norveçin ölkəmizdəki səfiri ilə görüşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Norveç Krallığının ölkəmizdəki səfiri Erlinq Şönsberq ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Elmar Məmmədyarov Azərbaycan ilə Norveç arasında dostluğun və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə səfirə təşəkkür etmişdir.

E.Şönsberq diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycana təşəkkür etmiş, ölkəmizdən xoş təəssüratlarla ayrıldığını söyləmişdir.

Elmar Məmmədyarov diplomata gələcək fəaliyyətində uğurlar arzulamışdır.

Bütün xəbərlər Facebook səhifəmizdə