Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası media sahəsində "Həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin icrasına başlamışlar. İyulun 11-də Beynəlxalq Mətbuat Mərkəzində bununla bağlı tədbir keçirilmişdir.
Tədbirdə Beynəlxalq Jurnalistlər Federasiyası baş katibinin müavini Oliver Money Kirle, qurumun layihələr departamentinin direktoru Adrien Kollin, eksperti Arjumand Vajid çıxış edərək layihə barədə məlumat vermiş, onun növbəti üç il müddətində icra olunacağını bildirmişlər.
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbirdə rəhbərlik etdiyi qurumun "Həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi" layihəsinə dəstək verəcəyini bildirmişdir. Ə.Amaşov Mətbuat Şurası adından növbəti bir ilin "Azərbaycan jurnalistikasında həmkarlar hərəkatı ili" elan olunduğunu qeyd etmişdir.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli layihənin icra mexanizmləri barədə məlumat vermişdir. O, layihənin icrası zamanı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edəcəklərini, Konfederasiyanın təcrübəsindən yararlanacaqlarını bildirmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB