XİN başçısı Norveçin ölkəmizdəki səfirini qəbul edib

XİN başçısı Norveçin ölkəmizdəki səfirini qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Norveç Krallığının ölkəmizdəki səfiri Erlinq Şönsberqi diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, E.Məmmədyarov E.Şönsberqə Azərbaycanla Norveç arasında dostluq və əməkdaşlığın gücləndirilməsinə verdiyi töhfələrə görə təşəkkür edib.

Səfir diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycana təşəkkür edərək, ölkəmizdən ən xoş təəssüratlarla ayrıldığını söyləyib.

Nazir səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə