"Azərbaycan prezidentinin nazirliyin fəaliyyətinin bütün istiqamətləri, xüsusilə də ünvanlı sosial yardımların və əlillik dərəcələrinin təyinatında mövcud olan mənfi halların təcili aradan qaldırılması və şəffaflığın təmin olunması barədə verdiyi tapşırıqların icrası sürətlə təmin edilir. SİA-nın xəbərinə görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, ötən müddətdə fəaliyyətində qanun pozuntularına yol vermiş 280 nəfər tutduğu vəzifəsindən azad edilib, daxili nəzarət qaydasında aparılan araşdırmaların nəticələri 5 halda hüquq-mühafizə orqanlarına göndərilib.
Onun sözlərinə görə, inzibati tədbirlərlə yanaşı, şəffaflığın tam təmin edilməsinin modern üsullarının tətbiqi də getdikcə intensivləşdirilir: "Xüsusilə də həm ünvanlı sosial yardımların, həm də əlilliyin təyinatında avtomatlaşdırılmış sistemlərin formalaşdırılması vətəndaş-məmur təmaslarını minimuma endirəcək. Hazırda bu istiqamətdə zəruri tədbirlər görülməkdədir və bu ilin sonuna qədər həmin proseslərin tamamlanması planlaşdırılır. Ötən 6 ay ərzində nazirliyin rəhbərliyinin əhali ilə təmasları intensivləşdirilib, mövcud problemlər haqqında ilk mənbədən məlumat alınması və qərar qəbul olunması təmin edilib. Bu müddətdə 649 nəfər vətəndaş nazir, 7845 nəfər isə nazirliyin məsul işçiləri tərəfindən qəbul edilib. Vətəndaşlardan daxil olan 22050 yazılı müraciətdə qaldırılan əsas məsələlər araşdırılaraq lazımi tədbirlər görülüb. Bunun nəticəsində vətəndaşların şikayət xarakterli müraciətlərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə azalıb. Nəzarət qaydasında edilən müraciətlərin 698-i Baş Prokurorluğun "161 - qaynar xətt" əlaqə mərkəzindən daxil olub ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 34 faiz azdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB