Elmar Məmmədyarov Maykl Fallonu qəbul edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının energetika naziri Maykl Fallonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin müxtəlif sahələr üzrə inkişafından məmnunluq ifadə olunub. Xüsusilə enerji sektorunda mövcud uğurlu əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan iqtisadiyyatının sürətli inkişafını və şaxələndirilməsi meyllərini nəzərə alaraq, qeyri-enerji sektoru üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb.

Görüş əsnasında qarşılıqlı maraq doğuran digər məsələlər və regional enerji layihələrinə də toxunulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...