Kannda Azərbaycan Mədəniyyəti Günləri “Euronews”da

Kannda Azərbaycan Mədəniyyəti Günləri “Euronews”da

Bu gün, iyulun 11-də "Euronews" telekanalında Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışına həsr edilmiş videoçarx göstərilib. SİA-nın xəbərinə görə, bu videoçarxda tədbirin açılış mərasimində iştirak edən ali rütbəli qonaqları görmək olar.

Təntənəli açılış mərasimi böyük Azərbaycan müğənnisi və musiqiçisi Müslüm Maqomayevin ifasında əfsanəvi "Azərbaycan" mahnısının sədaları altında atəşfəşanlıqla başa çatıb.

Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə iyulun 8-də başlanıb "Azərbaycan - zəngin ənənələr və işıqlı gələcək diyarı" şüarı altında keçirilən mədəniyyət günləri iyulun 31-dək davam edəcək. Kannda keçirilən tədbirlər çərçivəsində muğam sənəti, klassik musiqi və caz nümunələri, Azərbaycan mətbəxi və müasir incəsənət sərgiləri təqdim ediləcək.

Kannda Azərbaycan Mədəniyyəti Günləri müddətində 2015-ci ildə Bakıda keçiriləcək Birinci Avropa Oyunlarının təqdimatı ilə əlaqədar tədbirlər də keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə