Bakı-Cenevrə-Bakı uçuşları başlayır

Bakı-Cenevrə-Bakı uçuşları başlayır

"Azərbaycan Hava Yolları" QSC (AZAL) "Silkway Travel" şirkəti ilə birlikdə bu gündən etibarən Bakı-Cenevrə-Bakı marşrutu üzrə birbaşa uçuşlara başlayır. SİA-nın xəbərinə görə. AZAL-dan verilən məlumatda bildirilir ki, uçuşlar hər həftənin V və VII günləri, yalnız birinci və biznes sinif konfiqurasiyasına malik, yüksək komfortlu biznes cetlərlə həyata keçiriləcək.

Bu reyslərin sərnişinləri həm hava limanında, həm də uçuş zamanı AZAL-ın biznes xidmətləri ilə tam şəkildə əhatə olunacaq, onların AZAL-MİLES hesablarına artırılmış ballar köçürüləcək.

Qeyd edək ki, Bakı-Cenevrə marşrutu üzrə təyyarə saat 07:55-d’ havaya qalxır və 09:55-da eniş edir. Cenevrə-Bakı istiqamətində isə qalxış saat 11:15-də, eniş isə 18:55-də yerinə yetiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə