Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yeni seçilən üzvlərinə diplomların təqdimetmə mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Akademiyanın prezidenti Akif Əlizadə, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva, AMEA-həqiqi üzvləri və digər rəsmi şəxslər iştirak edirlər.
İlk olaraq çıxış edən AMEA-nın sədri Akif Əlizadə bildirib ki, ali elmi qurum olan və dövlətin elm siyasətini həyata keçirən Akademiyanın üzvü adını daşımaq Azərbaycan alimi üçün şərəfli olduğu qədər də, məsuliyyətli missiyadır: "AMEA-nın üzvü seçilmək Azərbaycan elminin inkişafında xidmətləri olan, onu yeni biliklərlə zənginləşdirən alkmlərin gərgin əməyinə verilən yüksək qiymət, eyni zamanda yeni vəzifələrlə bağlı öhdəliklərin qəbul edilməsidir".
O həmçinin qeyd edib ki, AMEA-nın iyunun 30-da keçirilən ümumi yığıncağında seçkilər zamanı 26 həqiqi üzv, 50 müxbir üzv seçilib: "Seçkilər istər hüquqi, istərsə də texniki baxımdan müasir tələblərə uyğun aparılıb, seçki prosesinin asanlaşdırılması, şəffaflığın təmin edilməsi və seçki komissiyalarının işinin təkmilləşdirilməsi üçün bir sıra innovativ tədbirlər görülüb". Akademik səsvermənin nəticələrinin cəmiyyətdə görkəmli alimlərimizlə bağlı formalaşmış ictimai rəylə, demək olar ki, üst-üstdə düşdüyünü bildirib.
Sonra akademiyanın yeni üzvlərinə diplom, üzərində Nizami Gəncəvinin şəkli həkk olunan döş nişanı və vəsiqələr təqdim edilib.
A. Əlizadə akademiyanın yeni seçilən üzvlərini təbrik edib, ölkədə biliklər cəmiyyətinin qurulması naminə səfərbər olmağa, səyləri birləşdirməyə çağırıb, fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra AMEA-nın yeni üzvləri adından ölkə başçısı İlham Əliyevə müraciət qəbul olunub.
Sonda tədbir iştirakçılarına AMEA prezidenti adından ziyafət verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB