Müdafiə Nazirliyi erməni iddiasına cavab verdi

Müdafiə Nazirliyi erməni iddiasına cavab verdi

Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatının iddiasına cavab verib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.

Xatırladaq ki, bu gün cəbhə xəttində bir azərbaycanlının Ermənistan tərəfə əsir düşdüyü deyilirdi.

Ermənistan mətbuatı əsir düşən şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır. Artıq erməni mətbuatı əsirin fotosunu da yayıb.

Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə