“Hüququnuz haqqınızdır” layihəsinin təqdimat mərasimi keçirilib FOTO

“Hüququnuz haqqınızdır” layihəsinin təqdimat mərasimi keçirilib FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Hüququnuz haqqınızdır" layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə qeyd olunub ki, bu gün gənclərin inkişafı ilə bağlı müxtəlif proqramlar reallaşdıran ölkələrin sayı çox deyil. Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər gəncləri hər bir xalqın, hər bir millətin, hər bir ölkənin həm bu günü, həm sabahı, həm də ümidi adlandırırdı. Bu siyasət bu gün də ölkə Prezidenti tərəfindən uğurlu davam etdirilir.
Azərbaycan dövləti istənilən sahədə gənclərə hər zaman böyük diqqət göstərir. Gənclər əhalinin aktiv hissəsini təşkil etdiyi üçün hüquqi maarifləndirmə sahəsində ətraflı bilgiyə sahib olması önməli şərtlərdən biridir. Məhz bu layihənin əsas ideyası gəncləri hüquqi baxımdan maarifləndirməkdir.

O da diqqətə çatdırılıb ki, layihə ölkədə aparılan hüquqi maarifləndirmə işinə dəstək vermək məqsədi daşıyır. Layihə çərçivəsində gənclər vətəndaşların hüquq və azadlıqları, vəzifə və səlahiyyətləri ilə bağlı ətraflı məlumatlandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə