“Torpaq əgər uğurunda ölən varsa, vətəndir” layihəsinə start verilib FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Torpaq əgər uğurunda ölən varsa, vətəndir" layihəsinə start verilib. Bu münasibətlə təşkil olunan tədbirdə layihənin məqsəd və mahiyyətindən söhbət açılıb.
Diqqətə çatdırılıb ki, əsas məqsəd torpaqlarımızın bütövlüyü uğurunda canlarını fəda edən vətən övladlarının həyatından, döyüş yolundan bəhs edən verilişlərin çəkilməsi, onların efirdə yayımlanmasıdır. Bu mövzuda çəkilən verilişləri gənclərə təqdim etməklə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş insanların qəhrəmanlıqları haqqında onları məlumatlandırmaqdır.
Tədbirdə çıxış edən qonaqlar da bu tip layihələrin cəmiyyət, xüsusilə də gənclər üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş qəhrəmanlara, onların ailələrinə diqqət və qayğı bu gün yüksək səviyyədədir və bu layihə sözügedən müsbət məsələnin də gənclər arasında daha geniş şəkildə yayılmasını hədəfə alır.
Bu layihənin reallaşdırılması əslində Azərbaycan dövlətinin milli qəhrəmanlarla, şəhidlərlə əlaqədar həyata keçirdiyi siyasəti davam etdirməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB