Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə birgə Zaqatala rayonunda təlimlər keçirib.
AQUPDK-dən SİA-ya verilən məlumata görə, təlimlərdə komitənin Regional mərkəzlərlə iş şöbəsinin, Komitə nəzdində fəaliyyət göstərən Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları, FHN-in əməkdaşı, Kənd Ərazi nümayəndəliyinin üzvləri iştirak ediblər.
Təlimdə ekstremal situasiyalarda insanların davranış reaksiyaları və onların psixi sağlamlığının qorunması məsələlərindən danışılıb, psixoloji məsləhətlər verilib. FHN-in əməkdaşı tərəfindən nazirliyin fəliyyəti ilə bağlı video-çarx və fövqəladə hallarda təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı prezentasiya nümayiş olunub, zəlzələ və digər ekstremal situasiyalarda, eləcə də fərdi təhlükəsizlik qaydaları haqqında geniş təlimat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB