İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalter dünya informasiya bazarında fəaliyyətinin 15 illik yubileyi münasibətilə Caspian Energy İnternational Media Group-un oxucularını və redaksiya heyətini təbrik edib. Media Qrupdan SİA-ya verilən xəbərə görə, təbrikdə Konfederasiyasının Prezidenti Didye Burkhalter qeyd edib ki,
Əsrin müqaviləsi müasir Azərbaycan tarixində mühüm əhəmiyyət kəsb edir.
"20 il bundan əvvəl dünyanın enerji sektorunun mühüm oyunçuları ilə imzalanmış neft sazişi öz iqtisadi müstəqilliyini gücləndirməkdə və dünya iqtisadiyyatına dinamik inteqrasiya etməkdə Azərbaycana köməklik etdi", - deyə o bildirib.
"Beləliklə, Azərbaycan tez bir zamanda regionun mühüm enerji mərkəzinə və Avropanın əsas tədarükçüsünə çevrildi", - deyə İsveçrə Prezidenti davam edib.
"Fürsətdən istifadə edib, Azərbaycan xalqını Əsrin müqaviləsinin 20 illik yubileyi münasibətilə təbrik etmək, ona sülh və tərəqqi arzulamaq istərdim! Mən həmçinin 15 il ərzində bu uğur salnaməsini işıqlandıran Caspian Energy jurnalını da təbrik edirəm", - deyə Didye Burkhalter vurğulayıb.
İsveçrə Konfederasiyasının Prezidenti Didye Burkhalterin eksklüziv müsahibəsi Caspian Energy jurnalının 86-cı sayında (aprel-may 2014-cü il) dərc edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB