Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) "Gənc Liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin ilk turunun Oğuz qrupu üçün bağlanış mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra qrupun rəhbəri, YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva möhtəşəm "Yay məktəbi" layihəsinə görə YAP rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycan dövlətinin hər zaman gəncliyə önəm verdiyini, gənclər üçün hər cür şərait yaradıldığını qeyd edib. Millət vəkili ölkəmizdə gənclər siyasətinin əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğunu, Prezident İlham Əliyevin bu siyasəti layiqli şəkildə davam etdirdiyini qeyd edib.
S. Vəliyeva "Yay məktəbi"nin önəmindən danışaraq, layihənin gənclər üçün həm bilik səviyyəsinin artırılması, həm də istirahət baxımından əvəzedilməz olduğunu vurğulayıb.
YAP GB-nin ofisinin koordinatoru Aytən Hüseynova layihənin I turunun uğurla yekunlaşması münasibəti ilə gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
Daha sonra YAP GB-nin İKT üzrə təlimçisi Şamo Əliyevin köməkliyi ilə qrupların hazırladıqları qısametrajlı videoçarxlar nümayiş olunub və təltifetmə mərasimi keçirilib.
"İdeoloji video" nominasiyasında "İşıqlı gələcək", "Maarifləndirci video" nominasiyasında "Qırmızı kart", "Yumoristik video" nominasiyasında "Odlar yurdu", Vətənpərvər video" nomiasiyasında "Qarabağ" komandası qalib elan edilərək, təşəkkürnamə ilə təltif ediliblər.
Sonra fəal gənclərə təşəkkürnamələr təqdim edilib.
Rəsmi hissənin sonunda qrup kapitanları YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyevaya hədiyyələr təqdim ediblər.
Tədbirdən sonra gənclərin ifasında KVN və diskoteka təşkil edilib.
Qeyd edək ki, gənclər iyulun 11-də səhər saatlarında Bakıya yola düşəcəklər.
Elgün Vidadioğlu, Oğuz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB