"Damla" aztəminatlı ailələrə qayğı İctimai Birliyinin (İB) ofisində "Tanımadığınız rəngarəng Ramazan" mövzusunda xeyriyyə satış-sərgisi keçirilmişdir. İB-nin mətbuat xidmətindən bildirmişlər ki, sərgidə valideyn himayəsindən məhrum uşaqlar, fiziki qüsurlu insanlar və tədbirə qatılmış digər şəxslərin Ramazan bayramını əks etdirən gözəl əl işləri nümayiş olunmuşdur.
Sonda fərqlənən əl işlərinin müəllifləri mükafatlandırılmışlar.
Bu tədbirin davamı olaraq iyunun 11-də "Şirvanşahlar saray kompleksi" tarix-memarlıq abidəsində növbəti xeyriyyə satış-sərgisi təşkil ediləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB