Gəndo kəndi bu gün dinamik inkişaf edir

Bölgələrə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə edilib
Gəndo kəndi bu gün dinamik inkişaf edir

Rayon mərkəzindən 32 kilometr aralıda, Lahıc yolunun üstündə, dağlar qoynunda yerləşən Gəndo kəndi bu gün dinamik inkişaf edir.

Son on ildə İsmayıllı rayonunda sosial-iqtisadi sahələrdə qazanılan uğurlu nəticələr bu kənddə də insanların həyatını yüngülləşdirmiş, bir sıra sosial problemlərin həllinə imkan vermişdir. Gəndoda onlarla yeni fərdi yaşayış evi tikilmiş, fərdi təsərrüfatlarda mal-qaranın baş sayı artmış, əkin sahələri genişlənmişdir.

Bütün bunlara görə kənd camaatı ölkəmizdə ictimai-siyasi sabitliyin, sürətli, dinamik sosial-iqtisadi inkişafın təminatçısı Prezident İlham Əliyevə minnətdarlıq edirlər.

Bu minnətdarlıq rayon icra hakimiyyətinin Gəndo kəndində keçirdiyi görüş-qəbulda sakinlərinin çıxışlarında səsləndirilmişdir.

Tədbirdə kənd əhalisinin arzu və təklifləri, onları maraqlandıran məsələlər müzakirə edilmişdir.

Sakinlərin daşınmaz əmlakın dövlət reyestri, ünvanlı sosial yardım, enerji təchizatı və digər məsələlərlə bağlı təklifləri dinlənilmiş, sualları cavablandırılmışdır.

Tədbirdə sakinlərin hüquqi maarifləndirilmələrinin zəruriliyi vurğulanmış, problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara tapşırıqlar verilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə