Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti tərəfindən təşkil edilən 28 May - Respublika Günü münasibətilə gənc alimlər üçün qrant müsabiqəsinin qalibləri mükafatlandırılıb. SİA-nın xəbərinə görə, AMEA-nın əsas binasında təşkil olunan mükafatlandırma mərasimində akademiyanın Həmkarlar İttifaqının sədri, iqtisad elmləri doktoru İsa Alıyev alimlərə ayrılan diqqət və qayğıdan bəhs edib.
İ. Alıyev bu cür təşəbbüsləri gənc alim və mütəxəssislərin inkişafında böyük stimul kimi qiymətləndirib: "Müsabiqənin keçirilməsində məqsəd aktual və müasir elmi problemlərin həlli ilə bağlı elmi tədqiqatlar aparan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq, onlara yaradıcılıq imkanları yaratmaqdır. Son 3 ildəki elmi nəticələrini təqdim edən 37 gənc alimdən 21 nəfər üç kateqoriya üzrə mükafatlandırılıb. I yer 2500, II yer 2000 və III yerin qalibləri 1500 manat dəyərində pul mükafatına layiq görülüb".
Qrant müsabiqəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) maliyyə dəstəyi ilə təşkil olunub. Müsabiqəyə təqdim edilmiş elmi nəticələrin ekspertizası və qiymətləndirilməsi AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sərəncamı ilə yaradılan müvafiq komissiya tərəfindən həyata keçirilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB