"RUH" AJMK "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsinə start verib

"RUH" AJMK "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsinə start verib

"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə "Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili" layihəsinə start verib.

2014-cü ilin iyul-dekabr ayları ərzində gerçəkləşdiriləcək layihə Milli Qəhrəmanların cəmiyyətə daha yaxından tanıdılması məramına söykənir. Bunun üçün kütləvi informasiya vasitələrində Milli Qəhrəmanların həyat yolundan bəhs edən bədii-publisistik materialların dərci nəzərdə tutulur.

Layihə çərçivəsində həmçinin "Milli Qəhrəmanların təbliği və media mütəşəkkilliyi: mövcud durum və perspektiv vəzifələr" mövzusunda "dəyirmi masa"ların keçirilməsi də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə