Ramazanda ən çox oruc tutulan ölkələr

Ramazanda ən çox oruc tutulan ölkələr

Məlum olduğu kimi, müsəlman olmanın 5 əsas şərtindən biri oruc tutmaqdır. Məhz ramazan ayında əksər müsəlmanlar oruc tutmaqla nəfslərini tərbiyə edir və çəkdiyi aclıq hissi ilə kasıblara qarşı mərhəmət hissi duyurlar. Ancaq dünyanın hər yerində orucun müddəti eyni deyil. SİA-nın məlumatına görə, Ramazan ayı boyunca bəzi ölkələrdə orucun müddəti 9 saat, bəzilərində isə 21 saat çəkəcək.

Dünya ölkələrində oruc tutma müddətinin 12 saata qədər fərqli və fasiləli olması təbiidir. Bu da ondan irəli gəlir ki, bu məsələ yalnız şərti vaxtlarla hesablanmalı və ölçülməlidir. Bəzi ölkələrdə orucun müddəti 12-13 saat olsa da, bəzilərində 20-21 saatadək davam edir.

Bu il ən az oruc tutan ölkə Argentina olacaq. Bu ölkədə yaşayan müsəlmanlar 9 saat 30 dəqiqə oruc tutmalı olacaqlar. Afrika qitəsində 10 və 16 saat 30 dəqiqə arasında dəyişəcək. Yaxın Şərqdə isə 14-15 saat müddətində olacaq. Cənubi Afrikada müsəlmanlar 10 saat yarım oruc tutacaqlar. Əlcəzair, Liviya, Mərakeş və Sudanda yaşayan müsəlmanlar 14 saat, Tunisdə 15, Misirdə 16 saat 30 dəqiqə oruc tutacaqlar.

Avstraliyaya gəlincə, burada yaşayan müsəlmanlar 10 saat oruc tutacaqlar. Halbuki Asiya qitəsində Sinqapur, Hindistan, Pakistan, Malaziya müsəlmanları iftarı 12 saat gözləməli olacaqlar. Qonşu İranda müsəmanlar 16 saat 40 dəqiqə oruc tutacaqlar.

İraq, Suriya, Küveyt və İordaniyada 14 saat, Qətərdə 14 saat 40 dəqiqə, Yəməndə 14 saat 50 dəqiqə, Birləşmiş Ərəb Əmirliklərində 14 saat 51 dəqiqə, Fələstin, Livan, Bəhreyn və Ərəbistanda isə 15 saat oruc tutulacaq.

Avropaya gəlincə isə oruc saatı gedərək uzanır. Ən uzun oruc saaatı Danimarkada 21 saat olacaq. İspaniya və Türkiyədə 17, İngiltərə və Almaniyada isə 16 saat oruc tutulacaq.

Bundan başqa Amerikada müsəlmanlar 15 saat iftarı gözləməli olacaqlar. Meksikada isə bu müddət 13 saat olacaq.

Azərbaycanda isə oruc tutanlar təxminən 17 saat 30 dəqiqə iftarı gözləməli olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə