DİN minaya düşən çobanla bağlı açıqlama verdi

DİN minaya düşən çobanla bağlı açıqlama verdi

Daxili İşlər Nazirliyi dünən Ağdam rayonu Orta Qərvənd kəndinin ərazisində neytral zonada minaya düşən çoban barədə məlumat yayıb. SİA-nın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Yevlax rayon sakini Mirzə Həmzəyev minalanmış sahəyə düşüb. Nəticədə mina partlayıb. Ağır yaralanan hərbi hospitala yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M.Həmzəyev orada ölüb.

Qeyd edək ki, Mirzə Həmzəyev Yevlaxda çoban işləyir. O, Ağdamda çobanlıqla məşğul olan oğlunun yanına gəlibmiş. Ərazini yaxşı tanımadığı üçün neytral zonaya keçib və minaya düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə